6 C
Baku
Sunday, December 15, 2024

Argentina Mərkəzi Bankı uçot dərəcəsini 69.5%-ə qaldırıb

Argentina Mərkəzi Bankı uçot dərəcəsini 950 bənd artıraraq 69.5%-ə çatdırıb. “Bloomberg” yazır ki, bu, 2022-ci ildə səkkizinci faiz artımıdır və 2019-cu ilin avqustundan bəri rekorddur.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Argentina Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi fonunda bu il dərəcəsini təxminən ayda bir dəfə artırır. Cümə axşamı açıqlanan məlumatlara əsasən, iyul ayında ölkədə illik ifadədə inflyasiya 71%-ə çatıb. Bloomberg Argentina Mərkəzi Bankının keçirdiyi sorğunun nəticələrinə istinadən yazır ki, iqtisadçılar bu il Argentinada illik inflyasiyanın pik həddə – 90%-ə yüksələcəyini gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər