10 C
Baku
Friday, December 13, 2024

Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verildi

Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verilib.

Parlamentin sədri Alen Simonyan Armen Sarkisyanın istefası barədə protokolu imzalayıb.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. O, bir həftə ərzində istefasını geri götürə bilərdi. Ölkədə prezident səlahiyyətlərini Alen Simonyan icra edəcək.

Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Prezidenti millət vəkilləri 7 il müddətinə seçəcəklər.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər