Cari ilin birinci yarısında ABŞ-ın neft istehsalçılarının hedc itkiləri 7,5 milyard dollar təşkil edib. Neftin qiyməti 75 dollar səviyyəsində qalarsa, ilin sonunadək itkilərin 20 milyard dollara yüksələcəyi nəzərdə tutulur.
Neft qiymətlərindəki artım ABŞ istehsalçılarının hedc itkilərinin 10 milyard dollara çatmasına səbəb olub. “Light” markalı xam neftin qiymətinin son 7 ildə ilk dəfə 75 dollara çatmasına baxmayaraq, ABŞ-da gündəlik hasil olunan 11 milyon barel neftin üçdəbiri 55 dollara satılır.
“Financial Times”ın “IHS Markit”in məlumatlarına əsaslandırdığı hesabatına görə, ABŞ-ın neft istehsalçılarının hedc itkiləri bu ilin ilk yarısında 7,5 milyard dollara çatıb. İlin sonuna qədər itkilərin 20 milyard dollara yüksələcəyi gözlənilir. Bir çox mütəxəssis itkilərin daha yüksək ola biləcəyinə də bildirir.