10 C
Baku
Friday, December 13, 2024

Artıq “Express24” mobil tətbiqində “Zolotaya Korona” ilə pul mədaxil etmək mümkündür

®“Express24” mobil tətbiqi daim özündə ən son texnoloji yenilikləri və xidmət keyfiyyətini inkişaf etdirməyə davam edir. İstifadəyə verildiyi gündən etibarən innovativ həlləri uğurla tətbiq edib, müasir texnoloji standartlara cavab verən “Express24” mobil əlavəsi, işləmə funksionallığına görə aparıcı mobil tətbiqlərdən birinə çevrilmişdir. Mütəmadi olaraq təkmilləşən mobil tətbiq, daha bir xidmət yeniliyini istifadəçilərinə təqdim edir.

Artıq “Express24” mobil tətbiqində “Zolotaya Korona” təcili pul köçürmələri vasitəsilə gələn vəsaiti karta mədaxil etmək mümkündür.

Bunun üçün:

  1. “ÖDƏNİŞLƏR” səhifəsində “Zolotaya Korona” ya keçid edib, “KÖÇÜRMƏNİN QƏBULU”na klik edin;
  2. Şəxsi kabinetə daxil olaraq, telefon nömrənizi qeyd edib, təsdiq kodunu əldə edin;
  3. Alıcı məlumatlarınızı müvafiq xanalara doldurun;
  4. Hesabınıza gələn “KÖÇÜRMƏNİ”  və sonra isə “KARTA MƏDAXİL”i seçin.
  5. Mədaxil edəcəyiniz kartın nömrəsini qeyd edərək təsdiqləyin.

Mobil əlavəni Google Play Market-dən (Android) bit.ly/3ot0Abq və App Store-dan (IOS) apple.co/3cIaHGJ linklərinə keçid edərək yükləyə bilərsiniz. Digər bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı isə Bankın rəsmi saytına https://www.expressbank.az/  daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər