ASA-ya icraçı direktor seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru vəzifəsinə Elmar Mirsalayev təyin olunub.

Bu barədə ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev bildirib.

Elmar Mirsalayevin namizədliyi və icraçı direktor vəzifəsinə təyinatı ASA-nın Müşahidə Şurasının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Elmar Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” şirkətində Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər