Növbədənkənar prezident seçkiləri ilə əlaqədar sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Vətəndaşlar həmin gün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə hazır sənədlərin götürülməsi ilə əlaqədar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində 08:00-19:00-da, digər regional “ASAN xidmət” mərkəzləri isə 08:00-18:00-da fəaliyyət göstərəcək.