-1 C
Baku
Sunday, December 15, 2024

ASB Bankın “Bakı Cihazqayırma Zavodu”na qarşı şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Sənaye Bankı” ASC-nin “Bakı Cihazqayırma Zavodu” MMC-yə qarşı şikayətinə baxılıb.

Məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl “Bakı Cihazqayırma Zavodu” MMC “Azərbaycan Sənaye Bankı” ASC-ni məhkəməyə verib. MMC kredit müqaviləsinə əlavə edilən razılaşmanın etibarsız sayılması və s. barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Azərbaycan Sənaye Bankı” apellyasiya şikayəti verib.

APA

Son xəbərlər
Digər xəbərlər