1 C
Baku
Saturday, December 14, 2024

“Aset Maliyyə Texnologiyaları” BOKT ötən ili zərərlə başa vurub

“Aset Maliyyə Texnologiyaları” BOKT 2022-ci ili 81 min manat zərərlə başa vurub.

Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.

Ötən il “Aset Maliyyə Texnologiyaları” BOKT-un faiz gəlirləri 3 428 manat, qeyri-faiz gəlirləri 1 745 manat, cəmi xərcləri isə 86 min manat olub.

Bu ilin yanvar ayının 1-nə BOKT-un cəmi aktivləri 388 min manat təşkil edib ki, bunun 84 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə “Aset Maliyyə Texnologiyaları” BOKT-un cəmi öhdəlikləri 172 min manat, cəmi kapitalı 216 min manat təşkil edib.

Qeyd edək ki, “Aset Maliyyə Texnologiyaları” BOKT-u 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 400 min manatdır və qanuni təmsilçisi isə Vüqar Adiyevdir.

2 1

Son xəbərlər
Digər xəbərlər