6 C
Baku
Monday, December 16, 2024

Asiya İnkişaf Bankı ilə “Aqrarkredit” arasında memorandum imzalana bilər

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) və Asiya İnkişaf Bankı (AİB) təşkilatlar əməkdaşlıq barədə memorandum imzalanmasının məqsədəuyğun görür.

Azərbaycan Sahibkarlar Konfederasiyasından  verilən məlumata görə, bu haqqda sözügedən təşkilatların rəhbərlikləri iyun ayının 24-də keçirilmiş video konfransda müzakirə ediblər. Görüş zamanı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin Sədri Məmməd Musayev çıxışında “Aqrarkredit” QSC-nin ölkənin kənd təsərrüfatına kredit xidməti göstərən ən böyük maliyyə qurumlarından biri olduğunu qeyd etdi və onun son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Kredit Təşkilatı fəaliyyətində Beynəlxalq Maliyyə qurumları, xarici ölkələrin Maliyyə Təşkilatları və onların Azərbaycan nümayəndələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vediyini bildirən Məmməd Musayev Kredit Təşkilatının beynəlxalq əlaqələrdə böyük təcrübəyə malik olduğunu, bir çox kənd təsərrüfatı layihələrin icrasını uğurla başa vurduğunu, elə bu çərçivədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb.

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Nariman Mannapbekov isə çıxışında birgə layihələrin həyata keçirilməsi üçün ölkədə münbit şəraitin mövcud olduğunu deyib. Bu aspektdə Asiya İnkişaf Bankı olaraq “Aqrarkredit” QSC ilə gələcək əməkdaşlığa önəm verdiklərini və Kredit Təşkilatının fəaliyyəti barədə son illərin maliyyə hesabatları ilə daha yaxından tanış olmaq istədiklərini bildirib.

Video görüşdə “Aqrarkredit” QSC-nin və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin digər əməkdaşları da gələcək əməkdaşlıq barədə hansı konkret addımların atılmalı olduğu ilə bağlı öz fikirlərini bildiriblər.

İclasın nəticəsinə əsasən tərəflər arasında 10 gün sonra yeni görüşün keçirilməsi və əməkdaşlıq barədə memorandum imzalanmasının məqsədəuyğunluğu vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər