“ASK Şüşə” MMC rebrendinq edir.
Banker.az xəbər verir ki, adını və təşkilati-hüquqi formasını dəyişərək “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Xatırladaq ki, “ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Müəssisə 22 ha ərazidə yerləşir, İtaliya və Çexiya istehsalı olan avadanlıqlarla təchiz edilib. Müəssisənin əsas fəaliyyət sahəsini şüşə tara məhsullarının istehsalı təşkil edir.