6 C
Baku
Sunday, December 15, 2024

“Atəşgah Həyat” bankla olan kredit razılaşmasına xitam vermək istəyir

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC Bakı Kommersiya Məhkəməsinə Müraciət (BKM) edib.

Banker.az xəbər verir ki, “Atəşgah Həyat” “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldırıb.

Sığorta şirkəti kredit müqavilələri üzrə 27.12.2017-ci il tarixdən sonra faiz və cərimə hesablanmasının dayandırılması, sığortaolunanların kredit borclarının əvəzləşdirilməsi və kredit və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair razılaşmalara xitam verilməsi ilə bağlı BKM-ə müraciət edib.

Məlumata əsasən, 7 fevral 2020-ci il tarixdə BKM tərəfindən ərizə təmin edilməyib. Buna görə, “Atəşgah Həyat” Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Xatırladaq ki, “Atəşgah Həyat” 6,5 mln. manat səhm kapitalına malik olmaqla, səhmdarı (100%) “Ren-Exim” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər