17 C
Baku
Saturday, May 4, 2024

“Atəşgah Həyat” sığorta şirkəti az haqq topladığı halda, daha çox ödəyib

2018-ci illə müqayisədə 2019-cu ildə sığorta haqları azalmış sığorta şirkətlərindən biri də “Atəşgah Həyat” sığorta şirkətidir.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2019-ci ildə “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən 39,09 milyon manat sığorta haqqı hesablanıb və bu da 2018-ci illə müqayisədə 35% azalma deməkdir. “Atəşgah Həyat” sığorta şirkəti 2018-ci ildə 60,11 milyon manat sığorta haqqı yığmışdır.

Sığorta haqlarının azaldığı bir ildə “Atəşgah Həyat” şirkətinin sığorta ödənişləri artıb. 2018-ci ildə 14,72 milyon manat təşkil etmiş sığorta ödənişləri 2019-ci ildə 19,13 milyon manata yüksəlib və yaxud 30% artıb.

Onu da qeyd edək ki, “Atəşgah” sığorta şirkətinin topladığı sığorta haqqı illik müqayisədə 0,2% artaraq 2019-cu ilin sonunda 36,88 milyon manat, sığorta ödənişləri isə 5,2% azalaraq 19 milyon manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər