10 C
Baku
Wednesday, December 11, 2024

“Atəşgah Sığorta”nın idarə heyətinə yeni təyinat

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Sığorta Şirkətinin Əməliyyat idarəsinin rəisi olmuş Tahir Kazımov İdarə Heyətinin üzvlüyünə qəbul edilib.

Bununla da Şirkətin idarə heyətinin rəhbərliyi bir sədr, iki müavin və bir üzvdən ibarət olacaq.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası aylar öncə bu şəxsin attestasiyadan uğurla keçməsi barədə məlumat yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər