14 C
Baku
Wednesday, April 17, 2024

Mənbə: Atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub – Yenilənib

Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, – deyə məlumatda qeyd olunub.

***

Təəssüf ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan ərazisindən təxribatlar və atəşlər davam edir.

Bu barədə “Caliber” məlumat yayıb.

“Maraqlıdır, Paşinyan nəyə ümid edir? Adamda belə bir fikir yaranır ki, o, ya 2020-ci ildə olduğu kimi, KTMT-ni münaqişəyə cəlb etməyə, ya da bundan sonra da ondan çıxmaq üçün bu təşkilatı nüfuzdan salmağa çalışır. İstənilən halda bundan erməni xalqı əziyyət çəkəcək”, – nəşr vurğulayıb.

***

“Səhər saat 9:15-də Azərbaycan Ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq”.

Bunu “Caliber” nəşri öz mənbələrinə istinadən bildirib.

Qeyd olunub ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur.

Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiyası olmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.

“Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə “Qətiyyətli cavab” verildi”, – nəşr əlavə edib.

MənbəCaliber
Son xəbərlər
Digər xəbərlər