İlyas Həsənov “Synergy Group”-da İcraçı direktor vəzifəsinə təyin edilib. O, bu vəzifədə İsmayıl Süleymanovu əvəz edib.
Banker.az saytının quruma yaxın mənbədən əldə etdiyi məlumata əsasən, İ. Həsənov bu vəzifəsinə ötən aydan təyin edilib.
İlyas Həsənov 2016-ci ildən etibarən “Synergy Medical “MMC-nin Baş direktoru idi.
Xatırladaq ki, “Synergy Group” MMC “AtaBank”ASC-nin (ətraflı) səhmlərində əsas, yəni, 86% pay sahibidir.