“Ata Sığorta” ASC-nin 1 iyul 2019-cu il tarixinə işçi sayı 273 nəfər təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin hesabatında qeyd edilib.
Hesabata görə, Şirkət cari ilin ikinci rübü (aprel-iyun) ərzində işçilərinin 11 faizə yaxını yəni 29 nəfərini işdən azad edib. Lakin, bununla yanaşı 20 nəfər isə işə qəbul edib.
Cari ilin 1-ci rübündə işçilərin sayı 282 nəfər idi.
Xatırladaq ki, sığorta şirkətinin səhmlərinin 100%-i “Ata Holding” MMC-yə məxsudur.