6 C
Baku
Monday, December 16, 2024

AtaSığorta müştərilərin rahatlığı üçün ikinci qaynar xətt xidmətini istifadəyə verdi – *3600

®Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AtaSığorta” şirkəti bazarda daha bir yeniliyə imza atıb. Belə ki, şirkət müştərilərinin vaxtına dəyər verərək, onların rahatlığını düşünərək əlavə *3600 qısa nömrəli qaynar xətt xidmətini istifadəyə verib.

*3600 qısa nömrəli qaynar xətt xidmətinin istifadəyə verilməsində əsas məqsəd sığorta hadisələri ilə bağlı məlumatları operativ şəkildə qəbul etmək və baş vermiş sığorta hadisələrinə dair sənədləşmə işləri üzrə sualları dərhal cavablandırmaqdır.  Qaynar xəttə daxil olan bütün zənglər şirkətin Sığorta hadisələrinin tənzimlənməsi departamentinin peşəkar əməkdaşları tərəfindən cavablandırılır.  

*3600 nömrəsi ilə yanaşı şirkətdə 936 qısa nömrəli ümumi qaynar xətt xidməti də mövcuddur.     

 “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

Son xəbərlər
Digər xəbərlər