®Ölkənin sığorta bazarının aparıcı, dinamik və innovativ məhsulları ilə seçilən AtaSığorta şirkəti müştəri məmnuniyyətinin artırılması və daxil olan müraciətlərə daha operativ baxılması məqsədilə vətəndaşların qəbulu qrafikində dəyişiklik etmişdir. Belə ki, müraciət edən müştərilərlə görüşlər şöbə müdirləri və departament direktorları ilə həftə içi hər gün, İdarə Heyəti ilə həftənin 2 və 4-cü günləri saat 11:00-13:00 arası olmaqla təşkil ediləcəkdir. Görüşlər şirkətin Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir.
Qəbula yazılmaq 936 Çağrı Mərkəzinə zəng etməklə, rəsmi internet səhifəsindən https://atasigorta.az/az/vetendaslarin-qebul-qrafiki qeydiyyatdan keçməklə və ya [email protected] ünvanına elektron məktub göndərməklə mümkündür.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin Çağrı Mərkəzi olan 936 24/7 rejimdə fəaliyyət göstərir.