18 C
Baku
Sunday, April 28, 2024

Auditdən yayınmağa görə “Libraff”a cərimə yazıldı

“Libraff” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Səbail Rayon Məhkəməsində hakim Günel Səmədıvanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Protokol təsdiq olunarsa, “Libraff” min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə oluna bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər