Avstraliyanın “Qantas” aviaşirkəti müştərilərinə “Məni Aya apar” xidmətini təklif etməyə başlayıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bildirildiyi kimi, təyyarə kosmosa uçmayacaq, lakin sərnişinlər səmada olarkən Ayı izləyə biləcəklər.
Aviaşirkətin veb-saytında verilən məlumata görə, bilet satışları 12 may tarixində başlayacaq. Ekonom sinifindəki uçuş 499 Avstraliya dolları, premium – 899 dollar, biznes – 1499 dollar qiymətinə olacaq. Biznes sinifindəki sərnişinlər üçün ayrıca kokteyl ziyafəti də təşkil ediləcək.
İlk “Aya çatdırılma” 26 may tarixində baş tutacaq. “Boeing 787” təyyarəsi Sidney hava limanından Sakit Okeana doğru uçacaq. Beləliklə, “Qantas” müştəriləri üç astonomik hadisəni – doluay, ay tutulması və superay – izləyə biləcəklər.
Uçuş 2.5 saat davam edəcək. Səfər bitdikdən sonra təyyarə Sidneyə geri qayıdacaq.
“Məni Aya apar” – “heç bir yerə” aparmayan uçuşlardan biridir. Onların müəyyən bir təyinatı yoxdur – sərnişinlər bir neçə saat havada qalırlar, sonra isə hava limanına geri qayıdırlar.
“Məni Aya apar” – “heç bir yerə” aparmayan uçuşlardan biridir. Onların müəyyən bir təyinatı yoxdur – sərnişinlər bir neçə saat havada qalırlar, sonra isə hava limanına geri qayıdırlar.
Daha əvvəl “Qantas” Antarktida və Böyük Bariyer rifi üzərindən uçuşlar təklif edib və “sirli uçuşlar” işə salıb – sərnişinlər təyyarənin çatma nöqtəsini yalnız eniş zamanı öyrənirdilər. Qeyd edək ki, “heç bir yerə aparmayan” uçuşlar koronavirus pandemiyası şəraitində pul qazanmağın yollarından biridir