2019-cu ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,516 milyon dollar artaraq 163,885 milyon dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Avqust ayında Türkiyədən Azərbaycana ixrac 138,423 milyon dollar, Azərbaycandan idxal isə 25,462 milyon dollara bərabər olub.
İki ölkə arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 15,432 milyon dollar artaraq 1,250 milyard dollar təşkil edib.
Qeyd edək ki, avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 28,6 milyard dollara bərabər olub.
©Trend