19 C
Baku
Sunday, April 28, 2024

Avqustdan Ağalıya köçün ikinci mərhələsi başlayacaq

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. Belə ki, bu gün Ağalıya dördüncü köç karvanı yola salınıb. Daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaq.

Bunu jurnalistlərə açıqlamasında Zəngilan Rayon İcra Hakimiyyətinin Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi İlqar Mönsümov deyib.

O, hazırda Ağalı kəndində insanların yaşaması üçün hər bir şərait yaradıldığını bildirib.

“Avqustun əvvəlindən Ağalı kəndinə insanların köçürülməsinin ikinci mərhələsi başlayacaq”,- deyə İ. Mönsümov qeyd edib.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər