6 C
Baku
Saturday, December 14, 2024

Avropa anbarlarında qaz ehtiyatları 90 mlrd. kubmetrdən aşağı düşüb

Avropa İttifaqının yeraltı anbarlarında mavi yanacaq ehtiyatlarının səviyyəsi 90 milyard kubmetrdən aşağı düşüb, qazın götürülməsi isə uzun illər ərzində dekabr ayı üçün qeydə alınan göstəricidən 20 faiz azdır.

Avropada temperaturun iqlim normasından yüksək olması qaz istehlakının azalmasına və qiymətlərin ucuzlaşmasına səbəb olub.

“Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, dekabrın 20-də Aİ ölkələrinin yeraltı anbarlarından 356 milyon kubmetr qaz çıxarılıb. Bu proses bir həftədən çox idi ki, çoxillik orta göstəriciləri üstələyirdi. Avropada isitmə mövsümünün başladığı noyabrın 14-dən bəri anbarlardan 14.5 milyard kubmetr qaz götürülüb.

Hazırda Avropanın yeraltı anbarlarının 83.18 faizi (89.99 milyard kubmetr) doludur, bu da son beş ilin eyni dövrü üçün orta göstəricidən 10.27 faiz çoxdur. Portuqaliya istisna olmaqla, Avropa İttifaqının bütün ölkələrində anbarlardan qazın çıxarılması prosesi davam edir.

Həftə ərzində Avropada havaların istiləşməsinin davam edəcəyi gözlənilir. Almaniya Federal Şəbəkə Agentliyi bu həftə havanın temperaturunun son dörd ilin orta göstəricisindən 5.91 dərəcə yüksək olacağını proqnozlaşdırır. Həmçinin Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı bu həftə 20 faizdən çox olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər