20 C
Baku
Monday, May 20, 2024

Avropa İnvestisiya Bankı Ukraynanın bərpasına maliyyə yardımı ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya ziyan dəymiş vacib infrastrukturun bərpasına və ukraynalıların təcili ehtiyaclarını ödənilməsinə yönəlmiş mühüm layihələrin icrasına 1,59 milyard avro maliyyə yardımı ayırıb.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Maliyyə yardımı paketində nəzərdə tutulan 1,59 milyard avronun 1,05 milyardı Ukraynaya dərhal veriləcək. Bu vəsait ilk növbədə ziyan dəymiş infrastrukturun bərpasına və enerji sektorunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.

Qalan 540 milyon avro maliyyə yardımı isə enerji, enerji səmərəliliyi, yollar, nəqliyyat, təhsil və infrastruktur sektorları, həmçinin AİB-in yenidənqurma və bərpa proqramları ilə bağlı layihələrində istifadə ediləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər