Avropa Mərkəzi Bankı pandemiya ilə əlaqədar aktivlərin təcili satılmasına yönəlmiş monetar stimullaşdırma proqramı çərçivəsində iqtisadiyyata maliyyə vəsaitinin inyeksiyasının həcmini 1,35 trln. avrodan 1,85 trln. avroyadək artıracaq.
CNBC-in verdiyi məlumata görə, proqramın müddəti daha 9 ay uzadılacaq və 2022-ci ilin mart ayınadək davam edəcək. Proqram çərçivəsində Avropa Mərkəzi Bankı pul kütləsini artırmaq və iqtisadiyyatın kreditləşməsi üçün əlavə likvidlik yaratmaq üçün kommersiya banklarından dövlət və korporativ istiqrazları alır. Beləliklə, kredit təşkilatlarının borc vəsaitlərinə olan tələbatı azalacaq və bu, bank sistemində faiz dərəcələrinin aşağı düşməsinə səbəb olacaq.
Qeyd edək ki, Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0% səviyyəsində, depozitlər üzrə faiz dərəcəsini isə -0,5% səviyyəsində saxlayıb.