2 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqı ilin əvvəlindən Azərbaycandan qaz alınmasına nə qədər pul xərcləyib?

“Aİ ölkələrinin Azərbaycandan qaz alışı üçün xərcləri 2022-ci ilin ikinci rübünün yekunlarına görə 2,8 milyard avro təşkil edib.

Yanacaq Azərbaycandan regiona Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə çatdırılır”.

Bu barədə Avropa Komissiyası (AK) məlumat verib.

“İkinci rübdə Azərbaycandan Avropaya qaz tədarükünün artımı illik ifadədə 57% təşkil edib. Birinci rübdə Aİ bu məqsədlər üçün 2,1 milyard avro (33,3% artım) xərcləyib. Ümumilikdə ilin birinci yarısında Avropa Azərbaycandan 4,9 milyard avro məbləğinda qaz alıb”, – deyə hesabatda qeyd edilib.

Tədarükün artım həcmi əsasən Azərbaycan yanacağına olan qiymətlərin birja kotirovkaları ilə müqayisədə nisbətən aşağı olması ilə əlaqələndirilir. Belə ki, aprel-may aylarında İtaliya və Yunanıstan üçün bu yanacağın qiyməti MVt/saat üçün 98,19 avro, Bolqarıstan üçün isə 86,32 avro təşkil edib. İkinci rübün nəticələrinə görə, Aİ-nin xammal idxalının strukturunda Azərbaycan qazının tədarük payı 2,9% təşkil edib.

Oktyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycanla işə başlanıldığını elan edib. Trans-Anadolu Qaz Kəmərinin (TANAP) ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaqla Aİ-yə yanacaq tədarükünün artırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər