6 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı qaz istehlakını 20%-dən çox azaldıb

Cari ilin avqust-noyabr aylarında Avropa İttifaqının təbii qaz istehlakı 2017-2021-ci illərin müvafiq dövrünün ortalama göstəricisi ilə müqayisədə 20.1% azalıb.

Qeyd olunur ki, Aİ-nin Rusiyanın ənənəvi enerji daşıyıcılarından asılılığına son qoymaq planının bir hissəsi olan qaz tələbinin azaldılması üzrə tədbirlər çərçivəsində 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər əvvəlki ardıcıl beş ilin eyni dövrünün orta göstəricisi ilə müqayisədə 15% azalma hədəfi müəyyən edilib.

Məlumata görə, 2022-ci ilin avqust-noyabr ayları ərzində əksər Aİ dövlətlərdə təbii qaz istehlakı azalıb. 18 Üzv Dövlətdə istehlak 15%-lik hədəfdən, bəzilərində isə böyük fərqlə (40%-dən yuxarı) aşağı düşüb. İstehlak ən çox Finlandiyada (-52.7%), Latviyada (-43.2%) və Litvada (-41.6%) azalıb.

Altı üzv dövlət təbii qaz istehlakını azaldıb, lakın 15%-lik hədəfə hələ çatmayıb. Bunun əksinə olaraq, təbii qaz istehlakı Malta (+7.1%) və Slovakiyada (+2.6%) artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər