16 C
Baku
Monday, April 29, 2024

Avropa İttifaqı Rusiyanın 21.5 milyard dollarlıq aktivlərini dondurub

“Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalar nəticəsində indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinin 21.5 milyard dollar məbləğində aktivləri dondurulub”.

Bunu Avropa komissarı Didye Reynders Brüsseldə Ukraynanın Baş prokuroru Andrey Kostinlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı dondurulmuş vəsaitlərin Ukraynaya köçürülməsinin yollarını axtarır.

Xatıladaq ki, Aİ fevralın 15-də Ukraynanın yenidən qurulmasına dəstək vermək üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün işçi qrupunun yaradıldığını elan edib. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq xarici aktivləri dondurulub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər