10 C
Baku
Friday, December 13, 2024

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketini mayda təqdim edəcək

Avropa İttifaqı mayın ikinci yarısından tez olmayaraq Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim edəcək.

Bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Təbii ki, bütün bunlar müzakirə mərhələsindədir. Bəzi dövlətlər orada nəyin yer almasını dilə gətirirlər. Məsələn, almaza qarşı sanksiyalar. Digərləri isə əksinə. Ona görə də, hesab edirəm ki, məsələ mayın ikinci yarısından tez başa çatmayacaq. Bundan tez nəsə gözləmək mümkün deyil”, – nazir Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından sonra bildirib.

Polşalı diplomat əlavə edib ki, o, Rusiya ədliyyə sisteminin nümayəndələrinə və ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıyanlara qarşı şəxsi sanksiyaların tətbiqini gözləyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər