6 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara görə təxminən $1.5 trln. itirib

Avropa İttifaqı anti-Rusiya sanksiyalarından itkiləri hesablayıb. İl ərzində idxal orta hesabla bahalaşaraq ayda 15.2 milyard avroya yüksəlib. Bildirilir ki, Aİ təkcə qaza görə əlavə 185 milyard avro ödəyib.

Eyni zamanda, Rusiya Asiyaya tədarükünü artırmağa və neft tədarükündən gələn gəlirləri bərpa etməyə nail olub. Avropa ABŞ-dan, eləcə də Rusiyadan 6.1 milyard avro dəyərində maye qaz almalı olub. Moskva boru kəmərləri ilə Aİ-yə 14.1 milyard avro dəyərində qaz göndərib.

Aİ-nin ümumi itkiləri təxminən 1.5 trilyon dollar təşkil edib. Mənfəətsiz sanksiya siyasətindən əl çəkməyə çağırışlar getdikcə daha çox eşidilməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyi bu təxminləri “ən təvazökar” adlandırıb.

Rusiya Federasiyasındakı müəssisələrini satan şirkətlər təxminən 103 milyard dollar itiriblər. Onlar Rusiyaya ən azı 1.25 milyard dollar çıxış vergisi ödəyiblər.

Son xəbərlər
Digər xəbərlər