Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana səfəri başlayıb.
O, səfər zamanı Gürcüstan prezidenti Salome Zurabişvili və baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Aİ-nin ali rəsmisi həmçinin parlament sədri Arçil Talakvadze və siyasi partiya nümayəndələri ilə də görüşlər keçirəcək.
Ş.Mişel Gürcüstanı sabah tərk edəcək.
Qeyd edək ki, ötən gün Gürcüstanda siyasi böhranın aradan qaldırılması üzrə hakimiyyət və müxalifət arasında Ş.Mişelin təqdim etdiyi razılaşma imzalanıb.