7 C
Baku
Thursday, December 12, 2024

Avropa İttifaqı Türkmənistanı qaz ixracını diversifikasiya etməyə çağırır

Avroap İttifaqı Türkmənistanın Avropaya qaz ixracının şaxələndirilməsinin tərəfdarıdır.

Bu barədə çərşənbə günü Avropa İttifaqı-Türkmənistan Birgə Komitəsinin iclasının yekunları üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.

Həmçinin İttifaq Rusiyadan yan keçməklə Avropa ilə Asiyanı birləşdirən alternativ ticarət yollarının təmin edilməsində maraqlıdır.

“Aİ Türkmənistanı ixracını diversifikasiya etməyə çağırdı”, – deyə məlumatda bildirilir.

Aşqabad, öz növbəsində, “regional nəqliyyat qovşağı kimi rolunun qorunub saxlanılması və daha da inkişaf etdirilməsi üçün atılan əməli addımlar barədə ətraflı məlumat verib”, – hesabatda deyilir.

Noyabrın 24-də Aşqabadda ikitərəfli tədbirlər çərçivəsində hibrid formatda Aİ-Türkmənistan Birgə Komitəsinin 21-ci iclası keçirilib.

Onların arasında Türkmənistanın paytaxtında “Yaşıl enerji və Hidrogendən istifadə və metan emissiyalarının azaldılması üzrə Avropa İttifaqının strategiyaları” adlı konfrans, həmçinin İnsan Hüquqları üzrə illik Dialoq keçirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər