10 C
Baku
Thursday, December 12, 2024

Avropa İttifaqında gələn il enerji qiymətlərinin artması gözlənilir

Avropa Komissiyası Avropa İttifaqının gələn il qışda enerji qiymətlərinin artması ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə “Politico” Avropa Komissiyasının hazırladığı daxili sənədə istinadən yazıb.

Sənədə görə, Avropa Komissiyası bildirir ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitini nəzərdə tutan sazişin müddəti uzadılmasa gələn qış qiymətlər arta bilər.

2024-cü ilin sonunda Moskva ilə Kiyev arasında 2019-cu ildə imzalanmış 5 illik qaz tranziti müqaviləsinin müddəti başa çatır. Bu saziş uzadılmasa, Aİ ümumi qaz idxalının təxminən 5%-ni itirəcək ki, bu da əsasən Mərkəzi və Cənub-Şərqi Avropaya təsir edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər