17 C
Baku
Monday, April 29, 2024

Avropa Komissiyası dondurulan Rusiya vəsaitlərinin leqallaşdırılması üzərində işləyir

“Mövcud qaydalar rusiyalı iş adamlarının Fransada dondurulmuş 1.3 milyard avroluq aktivlərinin istifadəsinə icazə vermir, lakin Avropa Komissiyası (AK) belə bir addımın leqallaşdırılması üzərində işləyir”.

Bunu “LCI” telekanalına müsahibəsində Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr deyib.

Onun sözlərinə görə, Avropa sanksiyaları altında dondurulmuş aktivlərin bir çox növləri var. Belə ki, Avropa İttifaqında Rusiya Mərkəzi Bankının 300 milyard avro həcmində rezervi və Fransada isə rusiyalı oliqarxların 1.3 milyard avro vəsaiti dondurulub:

“Hazırkı mərhələdə Avropa sanksiyaları vəsaitlərin bloklanmasını nəzərdə tutur. Lakin məhkəmə qərarı olmadan onları müsadirə etmək olmaz. Beləliklə, hazırda onları Ukraynaya verməklə bağlı heç bir yol yoxdur, amma bilirsiniz ki, AK bu vəsaitləri Ukraynaya göndərmək və qiymətləndirmək məqsədi ilə yeni təkliflər üzərində işləmək qərarına gəlib. Bu təkliflər vəsaitlərin Ukraynanın bərpasında necə istifadə ediləcəyi ilə bağlıdır”.

Qeyd edək ki, “Bloomberg” Aİ-nin daxili sənədinə istinadən xəbər verib ki, Rusiya Mərkəzi Bankının bloklanmış aktivlərinin 86%-nin harada olduğunu heç kim bilmir, onun ümumi məbləği 258 milyard ABŞ dollarıdır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər