15 C
Baku
Saturday, April 20, 2024

Avropa Komissiyası enerji infrastrukturunu sınaqdan keçirmək istəyir

Avropa Komissiyası gözlənilməz fasilələrə hazırlıq məqsədilə enerji infrastrukturunu sınaqdan keçirmək üçün Avropa İttifaqı ölkələri ilə işləmək niyyətindədir.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

“Şimal axınına qarşı təxribat aktları Avropa İttifaqının kritik infrastrukturunun nə qədər həssas olduğunu göstərdi. Biz kritik vacib olan infrastrukturumuzu qorumalıyıq”, – Ursula fon der Leyen qeyd edib.

Onun sözlərinə görə, infrastruktur stress testindən keçməli, zəif tərəfləri müəyyən edilməli və gözlənilməz fasilələr zamanı cavab tədbirləri hazırlanmalıdır. Avropa Komissiyası Aİ üzv ölkələrlə enerji sektorunda və digər yüksək risk sahələrində (məsələn, elektrik enerjisi infrastrukturu – red.) eləcə də digər yüksək səviyyəli stress testlərini keçirmək üçün iş aparacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər