25 C
Baku
Monday, April 29, 2024

Avropa Komissiyası: “Rusiyaya cavabımız qlobal sistemin gələcəyini həll edəcək”

“Rusiyanın təcavüzü artıq Hind və Sakit Okean hövzəsinə öz təsirini göstərir”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində yazıb.

“Rusiyaya cavabımız qlobal sistemi və iqtisadiyyatımızın gələcəyini həll edəcək. Rusiya və Çin aralarındakı dostluğun hüdudu olmadığını bəyan ediblər. Hər ikisinin tələb etdiyi yeni beynəlxalq münasibətlərdən nə gözləmək olar? Biz dinc və firavan bir Hind və Sakit okeanı istəyirik. O, azad, açıq, bir-biri ilə əlaqəli, firavan, bütün maraqlara xidmət edən qaydalara əsaslanan təhlükəsizlik arxitekturasına malik olmalıdır”, – o qeyd edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər