13 C
Baku
Monday, May 20, 2024

Avropa Komissiyası Ukraynada dağılmış məktəblərin bərpasına 100 milyon avro ayırıb

Avropa Komissiyası (AK) hərbi əməliyyatlar nəticəsində dağılmış Ukrayna məktəblərinin bərpası üçün 100 milyon avro ayırıb.

Bu barədə AK rəhbəri Ursula fon der Lyayen tviter səhifəsində məlumat verib.

“Ukraynanın gələcəyi onun uşaqlarından başlayır. Biz Rusiya bombaları ilə dağıdılan məktəbləri bərpa etmək üçün 100 milyon avro sərmayə qoyuruq. Uşaqların məktəblərə daha təhlükəsiz gedib-gələməsi üçün məktəb avtobusları göndəririk. Kompüterləri yığıb çatdırırıq. Odur ki, şagirdlər təhsillərini davam etdirə bilərlər”, – o yazıb.

AK-nın məlumatına görə, Ukraynada müharibə başlayandan indiyədək 2800-dən çox təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb, 5,7 milyondan çox ukraynalı uşaq müharibənin təsirlərini öz üzərində hiss edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər