8 C
Baku
Thursday, December 12, 2024

Avropa Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı açıqlama verib

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsini 0% səviyyəsində saxlanılmasına qərar verilib.

“Bloomberg” agentliyinə istinadən, ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

ECB-dən verilən açıqlamada bildirilib ki, faizlər hələ bir müddət bu həddə qalacaq. Bununla yanaşı, bu dəfəki açıqlamada faizlərin lazım gələrsə bir qədər də azaldıla biləcəyi ilə bağlı fikir səsləndirilməyib.

Bank həmçinin monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışə həcmini 60 mlrd. avro məbləğində saxlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər