19 C
Baku
Thursday, April 25, 2024

Avropa Mərkəzi Bankının oktyabrda faizləri kəskin artıracağı proqnozlaşdırılır

Avropa Mərkəzi Bankı (ECB) oktyabr və dekabr iclaslarında ehtimal ki, uçot faiz dərəcələrini 75 baza bəndi artıracaq.

Banker.az xəbər verir ki, bu barədə nüfuzlu bank “Goldman Sachs Group Inc” bildirir.

Cari Stehn başçılıq etdiyi iqtisadçılar daha əvvəl ECB-nin ilin yekun iclasında 50 baza bəndilik daha mülayim bir artım proqnoz etmişdilər.

İqtisadçılar deyir ki, monetar siyasət daha sərtləşdikcə, inflyasiya rəqəmləri sabitləşir və avro zonasının resessiyada olduğu aydın olur. Beləliklə, onlar ECB-nin uçot faiz dərəcəsi ilə bağlı proqnozlarılnı 2.75%-ə qaldırıblar.

ECB artıq son iki iclasında borclanma faizini 125 baza bəndi artırıb. Təkcə bu ay tarixində ilk dəfə 75 baza bəndi yüksəldib. Avrozonada qiymətlərin artması resessiyanın getdikcə artan proqnozları ilə müşayiət olunduğundan, indi sual bundan sonra necə davam etməsidir. Valyuta bazarı investorları, ECB-nin oktyabr ayında daha bir üç rüblük dərəcə artımı təqdim etdiyini və depozit dərəcəsinin – hazırda 0.75% – ilin sonuna qədər 2% -dən çox yüksələcəyi proqnoz edilir.

Son iclasda ECB uçot faiz dərəcəsini 0.50%-dən 1.25%-ə yüksəltmişdi. Depozit faizi Avrozona da 0.75%, borclanma faizi isə 1.50%-dir.

 

  Mərkəzi Bank Cari faiz dərəcəsi Növbəti iclas son dəyişmə
ABŞ Federal Ehtiyat Sistemi (FED) 3.25% Noy. 02, 2022 Sent 21, 2022 (75 baza bəndi)
Avropa Mərkəzi Bankı (ECB) 1.25% Okt. 27, 2022 Sent 08, 2022 (75 baza bəndi)
İngiltərə Bankı (BOE) 2.25% Noy. 03, 2022 Sent 22, 2022 (50 baza bəndi)
İveçrə Milli Bankı (SNB) 0.50% Dek. 15, 2022 Sent 22, 2022 (75 baza bəndi)
Avstraliya Ehtiyat Bankı (RBA) 2.35% Okt. 04, 2022 Sep 06, 2022 (50 baza bəndi)
Kanada Bankı (BOC) 3.25% Okt. 26, 2022 Sep 07, 2022 (75 baza bəndi)
Y.Zellandiya Ehtiyat Bankı (RBNZ) 3.00% Okt. 05, 2022 Aug 17, 2022 (50 baza bəndi)
Yapon Bankı (BOJ) -0.10% Okt. 28, 2022 Jan 29, 2016 (-20 baza bəndi)
Rusiya Bankı (CBR) 7.50% Okt. 28, 2022 Sep 16, 2022 (-50 baza bəndi)
Hindistan Ehtiyat Bankı (RBI) 5.40% Sep 30, 2022 Aug 05, 2022 (50 baza bəndi)
Çin Mərkəzi Bankı (PBOC) 3.65% Aug 22, 2022 (-5 baza bəndi)
Brazilya Mərkəzi Bankı (BCB) 13.75% Okt. 26, 2022 Aug 03, 2022 (50 baza bəndi)

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər