15 C
Baku
Wednesday, May 1, 2024

Avropa Moldovaya görə sanksiya tətbiq etdi

Avropa İttifaqı altı fiziki və bir hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Sanksiya tətbiq edilən şəxslərin Moldovanın suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə yönəlmiş hərəkətlərə görə məsuliyyət daşıdığı bildirilir.

“Qara siyahı”ya salınan şəxslərdən biri Rusiya vətəndaşı Dmitri Milyutindir.

Onun FTX-nin 5-ci idarəsinin operativ məlumat departamentinin rəis müavini vəzifəsini tutan və Rusiya xüsusi xidmət orqanlarının Moldovada məxfi əməliyyatlarına cavabdeh olduğu qeyd edilir..

Son xəbərlər
 ⁠
Digər xəbərlər