17 C
Baku
Friday, April 19, 2024

“Avropa ölkələri e-ticarətlə alınan Çin mənşəlli mallara yüksək tariflər tətbiq edir”

Son zamanlar bir sıra Avropa ölkələri tərəfindən elektron ticarət (e-ticarət) vasitəsilə alınan Çin mənşəlli malların çatdırılmasına tətbiq olunan yüksək tariflər “Azərpoçt”un bu sahədə əməkdaşlıq etdiyi tərəfdaş şirkətlərdə narazılıq yaradıb.

Bu barədə “Azərpoçt” MMC-dən bildirilib.

MMC-dən verilən məlumata əsasən, məhz bu səbəbdən Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının təyin etdiyi tariflərlə işləyən ölkələrlə əməkdaşlığa daha çox önəm verir ki, bu ölkələr sırasına Asiya, o cümlədən Orta Asiya ölkələri, Türkiyə, İran, Rusiya, Ukrayna və digər s. daxildir.

“Təəssüf ki, son zamanlar Avropa ölkələri sifariş olunan Çin mənşəlli malların çatdırılmasına yüksək qiymətlər tətbiq edirlər ki, bununla bizim tərəfdaş şirkətlər razılaşmır. Əlbəttə, “Azərpoçt” üçün heç bir fərqi yoxdur, biz sadəcə tranzit haqqımızı alırıq. Lakin biz şirkətlərə tarifləri təqdim etdikdə onlar qiymətlərin yüksək olduğundan gileylənir, bununla da müəyyən problemlər yaranır”, – deyə “Azərpoçt”dan bildirilib.

Qeyd edək ki, dünyanın əsas yük mərkəzi olan Cində sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən olan “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir. Məhsullar “Azərpoçt” tərəfindən tranzit mərkəzində emal olunaraq dünyanın 20-yə yaxın ölkəsinə göndərilir.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər