16 C
Baku
Monday, April 29, 2024

Avropa silah istehsalını kəskin artırır

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri ittifaq ölkələrində artilleriya sursatlarının, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını ildə 1 milyona qədər artırmaq barədə razılığa gəliblər.

Bu barədə İsveçin Aİ Şurasına sədrliyi tviter səhifəsində məlumat yayıb.

“Aİ səfirləri sursat istehsalına dəstək aktının tənzimlənməsi (Act in Support of Ammunition, ASAP – Qeyd) ilə bağlı Avropa Parlamenti ilə danışıqlar aparmaq üçün mandatı indicə təsdiqlədilər. Bu, Aİ-nin silah-sursat istehsalı gücünü artırmağa kömək edəcək. Nəticədə Aİ müdafiə sənayesi Ukrayna Silahlı Qüvvələrinə və üzv dövlətlərə daha yaxşı dəstək vermək imkanı əldə edəcək”, – məlumatda deyilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər