19 C
Baku
Friday, May 3, 2024

Avropa Ukraynaya yeni silahlar verəcək

İspaniyanın Müdafiə Nazirliyi Ukraynaya hava hücumundan müdafiə sistemləri və zirehli texnika təhvil verəcək.

Bu barədə CNN telekanalı məlumat yayıb.

“İspaniya Ukrayna xalqını Rusiyanın işğalına qarşı apardığı mübarizədə dəstəkləməyə davam edir”, – Müdafiə Nazirliyi bildirib.

Əlavə edilib ki, İspaniya Ukraynaya zenit batareyası və raketlər, 1000 artilleriya sursatı, min ton dizel yanacağı, müxtəlif zirehli maşınlar və 30 min qış geyimi göndərəcək.

Bundan əlavə, İspaniya Ukrayna qoşunlarına hava hücumundan müdafiə sistemlərindən istifadə üzrə təlim keçəcək.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər