20 C
Baku
Wednesday, April 24, 2024

Avropada enerji qiymətlərinin artımı yeni inflyasiya dalğasına səbəb ola bilər

Avropa ailələrində qaz və elektrik enerjisi xərcləri rekord həddə çatıb.

Ev təsərrüfatlarının enerji böhranından qorunması üçün ayrılmış milyardlarla dollarlıq yardıma baxmayaraq, hökumətlər ailə büdcələrinə maliyyə yükünün yumşaldılmasına nail ola bilməyiblər. Axı yarım trilyon avrodan çox pul ayrılmışdı. Bu gün Aİ-nin əksər ölkələrində elektrik enerjisinin orta pərakəndə satış qiyməti düz bir il əvvəlkindən iki dəfə çoxdur. İndi elektrik enerjisi xərcləri 2021-ci illə müqayisədə 67 faiz artıb. Enerji daşıyıcılarının qiymətlərinin artımı soyuq günlər irəlilədikcə davam edəcək, bu isə onları azaltmaq üçün vəd verən siyasətçilər üçün gələcəkdə problemlər yarada bilər.

Bəzi ekspertlər ümid edirlər ki, nəticədə istehlakçılar, sadəcə olaraq, yüksək qiymətlərə alışacaq və onları normal qəbul etməyə başlayacaqlar. Bundan sonra isə onları ləğv etmək demək olar mümkün olmayacaqdır. Yəni, Avropada enerji böhranı il ərzində aradan qaldırılmasa, yüksək qiymətlər daimi qala bilər. Bu, Aİ-də maaşların kəskin artmasına və müvafiq olaraq yeni inflyasiya dalğasına səbəb olacaq.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər