10 C
Baku
Thursday, December 12, 2024

Avropada ilk aviaşirkət təyyarədə “Starlink”i sınaqdan keçirib

Latviyanın “AirBaltic” aviaşirkəti İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Starlink” peyk internetini öz təyyarələrində sınaqdan keçirən birinci Avropa kompaniyası olub.

Əvvəlcə, Riqa hava limanında avadanlıqlar yerdə yoxlanılıb. “Airbus A220-300” təyyarəsinin bütün salonu internet kanalının gücünü sınayaraq 150 nəfər “AirBaltic” və “Starlink” əməkdaşı ilə doldurulub.

Eksperimentdən sonra “AirBaltic” şirkətinin baş direktoru Martin Qauss bildirib ki, ilk sınaq yaxşı nəticələr verib.

Aviaşirkət və həll provayderi indi bütün “AirBaltic” donanmasını “Starlink” internet bağlantısı ilə təchiz etmək üçün lazımi əlavə tip sertifikatını əldə etməyə çalışır. O, sərnişinlərə təyyarəyə mindikdən sonra internetə çıxış imkanı verəcək və həm yerdə, həm də səmada aktiv olacaq.

Latviya aviaşirkəti bəyan edir ki, internet bütün sərnişinlər üçün pulsuz olacaq.

2024-cü ildə “AirBaltic” ilk təyyarəsini “Starlink” avadanlığı ilə təchiz etməyi planlaşdırır. Aviaşirkət ilkin olaraq bu prosesə 2023-cü ildə başlayacağını düşünürdü, lakin sertifikatlaşdırmada gecikmələr səbəbindən son tarix təxirə salınmışdı.

Aviaşirkət bildirir ki, Starlink antenası olan hər bir təyyarə 500 meqabit gücündə bir kanal alır. “AirBaltic”in “Airbus A220-300” təyyarəsinin göyərtəsində olan 145 sərnişinin hamısı eyni vaxtda şəbəkəyə daxil olarsa, onların hər biri 3,4 meqabit kanal əldə edəcək. Bu, sosial şəbəkələri, xəbər saytlarını açmaq və ya videolara baxmaq üçün kifayətdir.

Böyük aviaşirkətlər arasında Amerikanın “Hawaiian Airlines” aviaşirkəti artıq təyyarələrdə “Starlink” həllindən istifadə edir. Bu şirkət artıq bəzi “Airbus A321neo” təyyarələrini peyk antenaları ilə təchiz edib və 2024-cü ilin sonuna qədər “Starlink”in bütün “A321neo” və “A330” təyyarələrində olmasını planlaşdırır. “Hawaiian Airlines” bu xidməti bütün sərnişinlərə pulsuz təqdim edir.

Son xəbərlər
Digər xəbərlər