12 C
Baku
Wednesday, December 11, 2024

Avropada inflyasiya yeni rekord qırıb

Son bir ay ərzində Avrozonada istehlak qiymətlərinin səviyyəsi illik müqayisədə 8.1% artıb. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, əvvəlki rekord 2022-ci ilin martında qeydə alınıb və 7.4% təşkil edib.

Avrozonada inflyasiyanın artması enerji daşıyıcılarının bahalaşması ilə əlaqədar baş verib. May ayında Avrozona ölkələrində enerji qiymətlərinin illik artımının 39.2% təşkil etdiyi vurğulanıb.

Ən yüksək göstəricilər Baltikyanı ölkələrdə olub: Latviya, Litva və Estoniyada (müvafiq olaraq 16.4%, 18.5% və 20.1%). Ən aşağı istehlak qiymətləri isə Maltada qeydə alınıb – 5.6%.

Bundan əvvəl Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard tənzimləyicinin ilin ikinci yarısında uçot dərəcəsini artırmaq planlarını açıqlayıb. Bu, avro zonasında 2011-ci ildən bəri ilk faiz artımı olacaq.

Son xəbərlər
Digər xəbərlər