15 C
Baku
Friday, April 26, 2024

Avropada qazın qiyməti 700 dollardan aşağı enib – Yenilənib

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 700 ABŞ dolları civarında qərarlaşıb.

Banker.az xəbər verir ki, 4 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 702.8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (788.9 dollar) ilə müqayisədə 11% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Bu gün hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin sentyabrından ilk dəfə olaraq 700 ABŞ dollarından aşağı enib.

Banker.az xəbər verir ki, 5 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 696.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2.8% azdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər