6 C
Baku
Sunday, December 15, 2024

Avropada qaz 3%-dən çox bahalaşıb

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 450 ABŞ dollarından yuxarı səviyyəsində qərarlaşıb.

Banker.az xəbər verir ki, 14 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 451.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 500.3 dollar) ilə müqayisədə 3.3% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər