Dekabrın 6-dan bəri ilk dəfə olaraq qaz qiyməti hər 1 000 kubmetr üçün 1000 ABŞ dollarından aşağı düşüb.
Bu ICE birjasının məlumatında bildirilib.
Avropada qazın qiymətinin ümumi azalması 12% təşkil edib.
Niderlandın TTF mərkəzi üzrə yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 987 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2 000 ABŞ dolları keçib.