9 C
Baku
Friday, December 13, 2024

Avropada qazın qiyməti 13% azalıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 7 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 125.8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 455.2 dollar) ilə müqayisədə 13.4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər